We choose to go to the Moon!
In 1962, the former president of the United States of America, John F. Kennedy, said so in his famous speech. Now, 60 years after that speech, we choose to go to the Moon again.
CAPSTONE Project.
The Cislunar Autonomous Positioning System Technology Operations and Navigation Experiment, in short, the CAPSTONE project, is a mission that NASA has chosen to target the Moon again years later and developed together with several private companies. An orbit that has not been visited before, a rocket that has never launched a payload into such a high orbit, a launch site that has not been used for a mission to the Moon before; these are some of the points that make CAPSTONE “The Project of Firsts”.
60 years ago, when we chose to go to the Moon, we didn’t have a clear answer to the question of “how”. All we had was curiosity and the excitement of discovering new places. More than half a century later, we now have much more than we did back then. Today, we have a good answer to the question of “how”. And we are even in search of an even better one. CAPSTONE will do that search.
The satellite, which shares the same name as the project, weighs 25 kilograms and is the size of a microwave oven. In the development of this “oven”, five different private companies collaborated with NASA's financial support. These companies are as follows, with each taking on specific roles in the execution of the project:
Advanced Space - the development of the project and mission control;
Terran Orbital - the design and assembly of the satellite;
Stellar Exploration - the development of the propulsion subsystem (the system that will provide the satellite with the necessary power to move in space);
Tethers Unlimited - the development of the radio communication systems;
Rocket Lab - the launch of the satellite into space.
CAPSTONE, for which preparations began in 2019, was recently launched into space on June 28, at 12:55 local time (GMT +4), from the spaceport located in the south of the Mahia Peninsula in New Zealand, via the Electron rocket. Both the Electron rocket and the launch site belong to Rocket Lab, one of the first private space companies founded in New Zealand.
It should be noted that the Electron rocket is primarily designed to carry small spacecraft into low Earth orbit. The rocket consists of three stages, with the third stage housing a module called Photon. This module, which carries CAPSTONE, is tasked with delivering the satellite to its designated orbit and helping it escape Earth's gravity over six days after launch. After these days, CAPSTONE will continue its four-month journey to the Moon alone. According to calculations, the satellite is expected to reach its Near Rectilinear Halo Orbit, or NRHO for short, on November 13.
CAPSTONE's Lunar Journey.
If I can create a little confusion about how and when what goes where, great! Because now, with the help of the description below, we’ll be travelling together from Earth to the Moon, and everything will become much clearer. If you're ready, let’s go!
Launch. The Electron rocket launched CAPSTONE towards the Moon;
Photonun ayrılması. Buraxılışdan 9 dəqiqə sonra Photon raket daşıyıcının ikinci pilləsindən ayrılır;
Aşağı Yer orbitinə giriş. Photon 250 km-lik aşağı Yer orbitinə daxil olur;
Orbitin yüksəldilməsi manevrləri. Photon-un Marie Curie şərəfinə adlandırılan 3D çap texnologiyası ilə hazırlanan HyperCurie mühərrikləri periodik olaraq manevrlər edərək modulu aşağı orbitdən yuxarı orbitə daşıyır;
Trans-Ay trayektoriyasına daxil olmaq cəhdi. Bu nöqtədə artıq HyperCurie mühərrikləri Photon-u saniyədə 11 km-lik bir sürətə çatdıraraq Yerin cazibəsindən qurtulmasına təkan verir və modul Trans-Ay trayektoriyasına daxil olur;
CAPSTONE-nun ayrılığı. Nəhayət, peykimiz Photon ilə çıxdığı 6 günlük macərasına son verərək ondan ayrılır və Ballistik Ay Trayektoriyasında yoluna yalnız davam etməyə başlayır;
Photonun vidası. CAPSTONE ilə yolları ayırdıqdan sonra Photon son dəfə HyperCurie mühərriklərini işə salaraq trayektoriyasının düzəldilməsi üçün manevrlər etdikdən sonra Ayın yanından keçərək planetlərarası boşluğa daxil olur;
CASPTONE uzaqlarda. Yerdən 1.3 milyon km uzaqlığa çatan CAPSTONE Günəşin cazibə qüvvəsindən istifadə edərək trayektoriyasında düzəlişlər etdikdən sonra birbaşa Aya istiqamətlənir;
Geri sayım. CAPSTONE özü ilə daşıdığı hidrazin yanacağından istifadə edərək mühərriklərini işə salıb NRHO-ya daxil olur;
Xoşbəxt sonluq. 4 aylıq uzun bir səyahətdən sonra CAPSTONE ayətrafı stabil NRHO-da dövr eləyərək məlumat toplamağa başlayır.
Dartılmış uzunsov elliptik orbit - NRHO.
Huh! Uzun bir səyahətdir, elə deyil? Bəs sizdə sual yaranır ki, nəyə görə Aya bir neçə gündə getmək kimi bir seçim varkən bir neçə ayda gedilən belə uzun bir yol seçilib?
CAPSTONE ilklərin layihəsidir deyəndə nəzərdə tutulan şeylərdən biri də getdiyi bu yolun, çatacağı NRHO (Near-Rectilinear Halo Orbit) adlı orbitin daha öncə heç bir kosmik aparat tərəfindən kəşf edilməməsi, layihənin bu istiqamətdə bir ilk olduğudur. Məqsəd də elə budur - kəşf!
Dartılmış uzunsov elliptik orbit olan NRHO-da CAPSTONE hər bir dövrəni təxminən 1 həftəyə başa vuracaq və bu ən azı 6 ay davam edəcək. Əlbəttə ki, dövrləri sırasında davamlı olaraq Yerlə əlaqə saxlayaraq topladığı məlumatları araşdırılması üçün bizə göndərəcək. Bu müddət arzulanan və hədəflənən orbitin 22 öyrənmək üçün ideal vaxt hesab edilir.
NRHO daha dayanıqlı və stabil olduğundan (alimlərin hesablamalarına görə) kosmik aparat bu orbitdə Ayın ətrafında hərəkət etdikdə yanacağına xeyli qənaət etmiş olacaq. Orbitə çatmaq üçün istifadə edilən yol olan Ballistik Ay Trayektoriyasında hərəkət zamanı da daha az yanacaq sərfiyyatına ehtiyac olduğundan, həm missiyanın ümumi xərcləri xeyli aşağı düşəcək, həm də daha az yanacaqla daha çox şeyi ayətrafı orbitə rahatlıqla daşımaq mümkün olacaq. Beləliklə, gələcək Ayətrafı Kosmik Stansiyanın reallaşması bizə neçə addım daha yaxın olmuş olur.
Gateway - NASA-nın yenidən Aya insan yollamaq üçün hazırladığı Artemis Layihəsinin dayanacaq nöqtəsi kimi istifadə ediləcək Ayətrafı Kosmik Stansiyaya verilən addır. Stansiya bir neçə məqsədə xitab edəcək: fərqli kosmik aparatlar qoşularaq Ay səyahətlərində dayanacaq kimi istifadə edilə biləcək, yaşayış mümkün olacaq, elmi araşdırmaların aparılması üçün şərait yaradılacaq, Aya səyahət edənlərin ehtiyaclarını qarşılamaq üçün davamlı olaraq karqo və logistik modullar qəbul ediləcək. Yəqin ki, ağlınıza hazırda Yerin ətrafında dövr edən Beynəlxalq Kosmik Stansiya gəldi. Hə, eynilə onun kimi, sadəcə, Yerin yox, Ayın ətrafında. Və CAPSTONE-nun hazırda araşdırmaq üçün getdiyi NRHO adlı orbitdə. Layihə uğurla nəticələnərsə, NRHO alimlərin hesablamalarında qeyd etikləri kimi dayanıqlı, stabil və az yanacaq sərfiyyatı tələb edən bir orbit kimi özünü doğruldarsa, bu orbit sayəsində Gateway nə az, nə çox, ən azı düz 15 il ayətrafında fəaliyyət göstərə biləcək.
CAPSTONE, bizi eşidirsən?
CAPSTONE-nun qarşısına qoyulan digər bir vəzifə isə 2009-cu ildə Aya göndərilən və hələ də Ayın ətrafında dövr edən Lunar Reconnaissance Orbiter (LRO) adlı peyklə əlaqə saxlamaqdır. Əlaqə uğurlu alınarsa, Yerdən izləməyə ehtiyac qalmadan iki kosmik aparat aralarında “danışaraq” bir-birlərinə nəzərən olduqları koordinatları, kosmosdakı yerlərini təyin edə və yollarına sərbəst şəkildə davam edə biləcəklər.
Hazırda isə CAPSTONE ilə əlaqə yaratmaq üçün NASA-ya məxsus Deep Space Network (DSN) adı verilən nəhəng radio antenalardan istifadə edilir. Bu radio antenalar gücləri və çox uzaqda yerləşən kosmik aparatlarla rahatlıqla əlaqə yarada bilmə bacarıqlarına görə ən yaxşılardan hesab olunur. Bununla belə, kosmik aparatdakı, ya da yerdəki antennalardan qaynaqlanan problemlərə görə, bəzən əlaqədə kəsintilər ola bilir. Bizim peyk də Photon modulundan ayrıldıqdan sonra qısa müddətlik belə bir problem yaşasa da, tezliklə əlaqə bərpa edildi və bu əlaqə kəsintisinin missiyanın gedişatına hər-hansısa ciddi təsirinin olmadığı bildirildi.
Yeri gəlmişkən, CAPSTONE ilə DSN arasındakı əlaqənin detallarını görmək üçün bu linkdən istifadə edə bilərsiniz. CAPSTONE-nun harada olduğunu izləmək üçün isə buraya daxil olmağınız kifayətdir.
Bir kosmik səyahətə daha birlikdə ortaq olduq. Bəlkə də, yaxın onilliklərin birində CAPSTONE-nun kəşfiyyata getdiyi o yerlərə biz də qonaq gedərik və kosmik gəminin pəncərəsindən yaxınlaşmaqda olduğumuz Aya baxaraq bu mahnını zümzümə edərik:
Fly me to the moon
Let me play among the stars
Let me see what spring is like on
A-Jupiter and Mars
Artemis Layihəsi - NASA-nın illər sonra Aya qayıtmaq, ilk qadın və qaradərili astronavtı Ay səthinə endirmək üçün hazırlamış olduqları layihə
Lunar Reconnaissance Orbiter (LNO) - 18 iyun 2009-cu ildən bəri Ayın orbitində dövr edərək onun xəritəsini çəkmək üçün istifadə edilən NASA-ya məxsus peyk
Deep Space Network (DSN) - planetlərarası səyahət edən kosmik aparatlarla əlaqə yaratmaq üçün istifadə edilən nəhəng radio antenalar şəbəkəsi. Həmçinin, bir neçə Yerətrafı kosmik aparatlarla əlaqə yaratmaq və Günəş Sistemimizin ən uc nöqtələri haqqında məlumat əldə etmək üçün astronomik müşahidələr zamanı da istifadə edilir.
Comments