top of page
272629814_668073391045230_3372402841970435705_n.jpg

Hey, salam!

Mən Zəhra. İyirmili yaşlarında, kosmik texnika mühəndisliyi üzrə bakalavr təhsili almış, bir müddət uşaqlara robototexnika və mühəndislik üzrə dərs demiş, uzun müddət uçuş aparatları üzrə mühəndis vəzifəsində işləmiş və gecələr göyüzünə baxıb kosmosun sonsuzluğunu sorğulayan biriyəm. Hə, bir də təbiəti və səyahəti sevirəm.

 

Kosmos və səyahət demişkən, qara dəliyə səyahət etmək kimi çılğın istəklərim də var. Hələlik isə sadəcə yazıram. Davamlı olaraq kosmos haqqında öyrəndiyim, oxuduğum, araşdırdığım məlumatları burada paylaşıram.

Yeri gəlmişkən, bu sahə üzrə araşdırıb paylaşmağımı istədiyin mövzu varsa, deməkdən çəkinmə. Mənimlə əlaqə saxla və bildir. Birlikdə öyrənək. Və başını qaldırıb göyüzünə baxmağı unutma, unutma ki, ən maraqlı suallar elə o anlarda gəlir. Hələlik!

Haqqımda daha ətraflı məlumatı şəxsi linkedin hesabımdan ala bilərsiniz.

bottom of page